AZ

Azərbaycanda polad tökmə və armatur istehsalı artıb

Bakı. Trend:

Ötən il Azərbaycanda 352,4 min ton polad tökmə istehsaledilib.

Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.

Məlumata əsasən, bu göstərici 2023-cü ildəki göstərici iləmüqayisədə 28,9 min ton və ya 8,9% çoxdur.

Bu ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 1,4 min tontəşkil edib.

Eyni zamanda 2024-cü ildə Azərbaycanda 438,6 min ton armaturistehsal edilib ki, bu da illik müqayisədə 97,8 min ton və ya 28,7%artım deməkdir.

Cari ilin yanvarın 1-nə ölkədə hazır məhsul ehtiyatı 23,8 minton təşkil edib.

Qeyd edək ki, 2024-cü ildə metallurgiya sənayesi və hazır metalməmulatlarının istehsalı sahələrində 1,3 milyard manatlıq məhsulistehsal olunub. Hazır metal məmulatlarının istehsalı sahəsində38,9%, metallurgiya sənayesi məhsullarının istehsalında isə 27,1%artım müşahidə olunub.

2024-сü ildə metallurgiya sənayesi üzrə mis məftilin istehsalı5,5 dəfə, alüminium məmulatlarının istehsalı 72,1%, hazır metalməmulatlarının istehsalı sahəsi üzrə metaldan sair məmulatlarınistehsalı 20,%, izolyasiyası olmayan çoxnaqilli məftil, troslar vəoxşar məmulatların istehsalı isə 17,9% artıb.

Seçilən
11
az.trend.az

1Mənbələr