AZ

110 yaşlı Selvi nənə illərə meydan oxuyur: Hər gün yediyi xüsusi bir qida var

110 yaşlı Selvi nənə illərə meydan oxuyur:

110 yaşlı Selvi nənə sağlamlığı ilə illərə meydan oxuyur.

Emlakbazari.az

E-saglam.az xəbər verir ki, o, hər gün yalnız bir yemək yeyərək uzunömürlü olmağın sirrini bölüşür.

1915-ci ildə anadan olan Selvi Tapan 5 uşaq anasıdır və 10 nəvəsi, 20 nəticəsi var. 18 il əvvəl həyat yoldaşını itirən Selvi nənə hazırda oğlu və gəlini ilə birlikdə yaşayır.

O, gündəlik işlərini özü görməyə çalışır və sağlamlığı həkimlər tərəfindən mütəmadi olaraq yoxlanılır. Həkimlərin dediyinə görə, Selvi nənənin səhhəti yaşına görə möhtəşəmdir.

Onun gəlini Seher Tapan qayınanasının hər gün yumurta yediyini və onun üçün yeməklər hazırladığını bildirir. Selvi nənə həyətdə vaxt keçirməyi və bağçaya qulluq etməyi sevir.

Sağlamlıq xidmətləri qrupu onu ziyarət edərək müayinədən keçirir və sağlamlığının çox yaxşı olduğunu təsdiqləyir. 110-cu yaş günündə həkimlər və tibb bacıları ona tort sürprizi ediblər. Selvi nənə tortun üzərindəki şamları üfürərək xoş anlar yaşayıb.

O, uzunömürlü olmağının sirrini düzgün qidalanma və aktiv həyat tərzində gördüyünü deyir.

Tərcümə: Könül Oruc

E-saglam.az 


Seçilən
9
e-saglam.az

1Mənbələr