AZ

Sular durulduqca əsl siması ifşa olunan USAID batır - Vüqar Rəhimzadə

Bakı. Trend:

USAID-in fəaliyyətinin əsas istiqamətlərindən biri müstəqilsiyasət yürüdən ölkələrdə “beşinci kolon”lar formalaşdırmaq vəonları maliyyələşdirmək olub

Bu fakt inkaredilməzdir ki, bəzi Qərb dövlətləri və onlaraməxsus qurumlar, institutlar müstəqil dövlətləri hədəfə alaraq heçbir əsasa söykənməyən, məqsədli təbliğatlarn aparırlar. Əsasməqsədlərdən biri hədəfə aldıqları dövlətlərdə qarşıdurmayaratmaqdır. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) belələriarasında, necə deyərlər, ən öndə gedənlərdən biridir. İndiyədək ABŞhökumətinin öz məqsədlərini həyata keçirməkdə USAID-dən istifadəetməsi beynəlxalq səviyyədə təsdiqlənən məqamlardandır. USAIDdünyanın ən böyük rəsmi yardım agentliklərindən biridir və ABŞ-ınbütün xarici yardımlarının yarısından çoxu bu agentlik tərəfindənödənilir. Bu təşkilatın ölkəmizə qarşı qərəzinin mühümsəbəblərindən biri Azərbaycanda öz çirkin niyyətlərini həyatakeçirmək gücündə olmamasıdır. Təbii ki, Azərbaycan müstəqildövlətdir. Müstəqilliyimiz yalnız dövlət atributları ilə deyil,həyata keçirilən real siyasətlə ölçülür. Azərbaycan böyüklüyündən,kiçikliyindən asılı olmayaraq bütün dövlətlərlə bərabərhüquqlu,qarşılıqlı hörmət və maraq prinsipləri əsasında əlaqələr qurur, heçbir dövlətin daxili işinə müdaxilə etmir, eyni zamanda, öz daxiliişlərinə müdaxiləni də yolverilməz hesab edir. Buna əmin olmaq üçüntəkcə son dörd ildə USAID-in ölkəmizlə bağlı planlarına diqqətyetirmək kifayətdir.

Azərbaycanın 44 günlük İkinci Qarabağ müharibəsində tarixiZəfəri, 2023-cü ilin sentyabrında bir günlük lokal antiterrortədbirləri nəticəsində suverenliyini tam bərpa etməsi bəzi dünyagücləri tərəfindən böyük qısqanclıqla qarşılandı. Həmin güclərsözdə bu Zəfərə, həmçinin onun reallıqları fonunda regiondadayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, Ermənistanlamünasibətlərdə yeni səhifənin açılmasına dəstək olduqlarınıbildirsələr də əməllərində tamamilə fərqli bir mənzərənin şahidinəçevrildik. USAID-in İkinci Qarabağ müharibəsinin gedişində məkrlifəaliyyətində Zəfərimizin qazanılmasına, lokal antiterrortədbirləri zamanı suverenliyimizin bərpasına mane olmaq cəhdləribəllidir. 30 illik işğal dövründə bir milyondan artıq soydaşımızınpozulmuş hüquqlarının bərpasına səylər göstərməyən Baydenhakimiyyəti bu kimi təşkilatlarının vasitəsilə Qarabağı könüllütərk etmiş bir-iki erməninin guya etnik təmizləməyə məruz qaldığınıiddia etməklə onlara külli miqdarda maliyyə yardımı göstərdi.Ümumilikdə bu təşkilatın yönəltdiyi maliyyə yardımlarının arxasındaçirkin məqsədlər dayanır.

Bu günlərdə ABŞ Dövlət İdarəetməsinin SəmərəliliyiDepartamentinin rəhbəri, “Tesla”, “SpaceX” şirkətlərinin və “X”sosial şəbəkəsinin sahibi İlon Mask USAID-ə qarşı ağır ittihamlarsəsləndirib, bu təşkilatı hətta bioloji silah istehsalınınmaliyyələşdirilməsində ittiham edib. Maskın “X” hesabında bumövzuda bir neçə paylaşım var. İlon Mask USAID-i cinayətkar təkilatadlandırır. Təşkilatın cinayətkar əməllərinin ABŞ-da belə etirafolunması özündə mühüm məqamlara işıq salmaqla yanaşı, artıq onunfəaliyyətinin sona çatdığını təsdiqləyir. USAID-in bir sıraölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq mediaqruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdəndövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi vəbeynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəstmövqeyi artıq təsdiqini tapmış faktlardır.

Bu fikirləri Trend-ə MilliMəclisin deputatı Vüqar Rəhimzadə açıqlamasında bildirib.

Millət vəkili bu təşkilatın fəaliyyətinə işıq salan bəziməqamlara nəzər yetirib. Bildirib ki, 1970-ci illərdə ABŞ-dadünyada media orqanlarının gücləndirilməsi və maliyyələşdirilməsiişi Mərkəzi Kəşfiyyat İdarəsindən (MKİ) USAID-ə keçib və indiyədəkbu praktika davam edir. USAID hələ də ələ keçirdiyi medialarısaxlamaq və genişləndirmək üçün hər il milyardlarla dollar pulxərcləyir. Bu təşkilatın dəfələrlə Azərbaycana qarşı dezinformasiyaxarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr”barədə “araşdırmaları”, Əfqanıstanda heroinin yetişdirilməsinəmaliyyə dəstəyi, Misir və Ukrayna inqilablarında rolu, Gürcüstandadestruktiv fəaliyyəti hər kəsə məlumdur. Bu faktlar belə birtəşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığınıtəsdiqləyir. Dövlətimizin başçısı İlham Əliyev ötən ilin dekabrındaÜmumrusiya Dövlət Televiziya və Radio Yayımı Şirkəti və Rusiyanın“RİA Novosti” Agentliyi üçün “Rossiya Seqodnya” Beynəlxalqİnformasiya Agentliyinin Baş direktoru, “Rossiya-1” televiziyakanalında “Vesti nedeli” proqramının müəllifi və aparıcısı DmitriKiselyova müsahibəsində bu məsləyə xüsusi diqqət yönlədərəkbildirdi ki, ölkəmizdə qrantla qidalananların və qrant verənlərinözlərini ağa kimi apardıqları dövr var idi, amma biz bununqarşısını aldıq. Ona görə də hər hansı qurumun, istər Azərbaycan vəya xarici olsun, verdiyi istənilən qrant qeydiyyatdan keçməlidir vəmüvafiq orqanlar icazə verib-verməməyi nəzərdən keçirməlidir. “Bu,Azərbaycanın milli maraqlarına uyğundurmu” sualına cavabında isə“Bəli” deyən Prezidint İlham Əliyev bu vacib məqamı da vurğuladıki, yardım asılılıq yaratmamalıdır. Ona görə də Baydenadministrasiyası tarixdə, o cümlədən nə ilə yadda qalacaq? Bir çoxməsələ, amma o cümlədən bir göstərici ilə. Bu, yaxadan asılmaqdır:“Biz sizə kömək etmək istəyirik. Biz isə deyirik: sağ olun, ehtiyacyoxdur. Onlar təkid edirlər. Bax, onların USAID adlı strukturu var.Yardım etmək istəyir, amma nədənsə bizə lazım olan məsələdədeyil”.

Vüqar Rəhimzadə həmin müsahibədə dövlətimizin başçısı İlhamƏliyevin bu çağırışını da xatırladıb: “Azərbaycan mediası heç birxarici mənbədən hətta bir faiz belə maliyyələşə bilməz. Bunu edəbilməz. Nə üçün? Axı biz ABŞ mediasını maliyyələşdirmirik. Düzdür?Nə üçün onlar bizimkiləri maliyyələşdirsin?” Təbii ki, bu kimifaktlar Qərbin və onun tabeliyində olan təşkilatların,institutların fəaliyyətinin, həmçinin yardımlarının şəffafolmadığını, məqsədli planlara xidmət etdiyini açıqlayır. USAID-infəaliyyətinin əsas istiqamətlərindən biri müstəqil siyasət yürüdənölkələrdə “beşinci kolon”lar formalaşdırmaq və onlarımaliyyələşdirməkdir. Burada hansı məqsədin güdüldüyü bəllidir. Qərböz çirkin niyyətlərini təsir dairəsində saxaladığı təşkilatları buvə ya digər dövlətlərin daxili işlərinə sirayət etdirməklə çızdığıplanları həyata keçirməyə çalışır. Bu cəhdləri Azərbaycan kimimüstəqil, maliyyələşmədə, fəaliyyətdə şəffaflığa xüsusi önəm verənbir ölkədə reallaşdırmaq mümkün deyil. Azərbaycan təhlükəsiz, sabitölkə kimi nüfuz qazanır. Təbii ki, bu uğurların əsasındadövlətimizin düşünülmüş və məqsədyönlü siyasəti dayanır. Ölkəmizdəsiyasi partiyaların, qeyri-hökumət təşkilatlarının, azad mətbuatıninkişafı üçün bütün zəruri addımlar atılır. Şübhəsiz, maliyyədəşəffaflıq əsas prinsiplərdəndir. Təkcə bu faktı qeyd etməkkifayətdir ki, yeni “Siyasi partiyalar haqqında” Qanuna əsasənsiyasi partiyalar dövlət büdcəsindən maliyyələşir. Azərbaycanındaxili işinə müdaxilədən irəli gələn hər bir addımın qarşısıqətiyyətlə alınır. Müstəqil siyasət yeritdiyinə görə Azərbaycanındaim USAID tərəfindən maliyyələşdirilən hibrid təhdidlər vəbeynəlxalq dezinformasiya kampaniyaları ilə üzləşməsi faktdır. Butəzyiqlər heç zaman Azərbaycanın müstəqil xarici siyasətinə təsiretmək imkanında deyil.

Millət vəkili onu da qeyd edib ki, Tramp administrasiyasıUSAID-in layihələrini dayandırıb. USAID-in “X” hesabı dünəndənbağlanıb. Eyni zamanda, Soros xətti ilə maliyyə də dayandırılıb.USAID-də audit keçiriləcək. USAID-in əsl çirkin siması bəlliolduqca bu təşkilat ölkələrdən qovulur. Belə bir təşkilatınfəaliyyətinə ehtiyac yoxdur. Sular durulduqca USAID-in tarixəqovuşması qaçılmaz olur.

Məqalədə:
Seçilən
5
8
az.trend.az

9Mənbələr