Bu ilin yanvar ayında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) 713 699 min sərnişin daşıyıb.

İndex.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,6 % çoxdur.

Son 1 ildə qatarla səyahət etmiş xarici turistlərin sayında isə 40 % artım qeydə alınıb.

Ötən ay bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5 355 nəfər sərnişin səfər edib.