Daşkasən rayonunda 76 yaşlı kişi intihar edib.
Teleqraf.com-un yerli bürosu xəbər verir ki, hadisə rayonun Zilvan kəndində baş verib.
Sözügedən kənd sakini 1949-cu il təvəllüdlüİsmayılov Zahid Əmir oğlu özünü asaraq intihar edib. Yaxınları onu asılmış vəziyyətdə görüblər. Hadisə yerinə hüquq-mühafizə orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Daşkəsən rayon Prokurorluğunda araşdırma başlanılıb.
Müəllif: Teleqraf.com