AZ

AQC ilə “Meqa Sığorta” arasında əməkdaşlıq memorandumu - İMZALANIB

"Cebheinfo.az" xəbər verir ki, memorandum qiymətləndirmə sahəsində sığorta sektoru ilə qarşılıqlı faydalı əməkdaşlığın əsasını qoymaq məqsədi daşıyır. Sənədə əsasən, AQC-ə üzv olan şirkətlər tərəfindən müraciət edildiyi zaman hər iki tərəfin maraqlarına və qanunvericiliyə uyğun olduğu təqdirdə peşə məsuliyyəti sığortası üzrə sığorta müqaviləsi bağlanılacaq.

Qeyd edək ki, AQC öz fəaliyyətində dövlət qurumları və özəl təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. Bu istiqamətdə həm yerli, həm xarici müəssisələrlə tez-tez görüşlər keçirilir, qarşılıqlı əməkdaşlığa dair fikir mübadiləsi aparılır, razılaşmalar əldə edilir. AQC Türkiyə, Rusiya, Ukrayna və Mərkəzi Asiya ölkələrinin qiymətləndirmə qurumları ilə yaxın əməkdaşlıq edir. Cəmiyyət Azərbaycan Mərkəzi Bankı, Baş Prokurorluq, Milli Məclis, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Ədliyyə Nazirliyi, Dövlət İmtahan Mərkəzi, İqtisad Universiteti və digər yerli dövlət qurumları, təhsil müəssisələri ilə sıx əməkdaşlıq formasında fəaliyyət göstərir. Cəmiyyətin sədri Vüqar Oruc bir çox dövlət qurumlarında, eləcə də Azərbaycan Mərkəzi Bankı yanında Sahibkarlarla Əməkdaşlıq Şurasında təmsil olunur.

"Cebheinfo.az"

Seçilən
42
10
cebheinfo.az

10Mənbələr