“WhatsApp” istifadəçi təcrübəsini daha da təkmilləşdirmək məqsədilə fərdi söhbətlərdə tədbir planlama funksiyasını aktivləşdirir.
Valyuta.az xəbər verir ki, əvvəllər yalnız qrup söhbətlərində mövcud olan bu xüsusiyyət, artıq fərdi mesajlaşmalarda da əlçatan olacaq.
“WhatsApp” da yeni funksiya necə işləyəcək?
Yeni funksiya sayəsində istifadəçilər fərdi çatlarda tarix və saat təyin edərək tədbir yarada biləcəklər. Bundan əlavə fiziki görüşlər üçün məkan əlavə etmək mümkün olacaq. Onlayn görüşlər üçün “WhatsApp” səsli və ya video zəng bağlantısı paylaşmaq imkanı yaradılacaq.
Planlaşdırılan tədbir söhbətin içində görünəcək və iştirakçılar qəbul və ya rədd etmə seçimi edə biləcəklər.
“WhatsApp” daha çox inteqrasiya olunur
Bu yenilik, WhatsApp-ın təkcə mesajlaşma tətbiqi olmaqdan çıxaraq daha geniş ünsiyyət və təşkilat platformasına çevrilmək strategiyasının bir hissəsidir. İstifadəçilərin əlavə təqvim və ya planlama tətbiqinə ehtiyac duymadan birbaşa çat üzərindən görüş və tədbirlər təşkil edə bilməsi həm iş, həm də sosial həyat üçün böyük rahatlıq yaradacaq.
“WhatsApp” rəqabətə hazırlaşır
Bu yeniliyin, “Apple” ın yeni tədbir planlama tətbiqi üzərində işlədiyi barədə yayılan xəbərlərlə eyni vaxta təsadüf etməsi diqqət çəkir. “WhatsApp”ın bu sahəyə daha çox sərmayə yatırması, platformada istifadəçi aktivliyini artırmaq və rəqiblər qarşısında mövqeyini gücləndirmək məqsədi daşıyır. Yaxın zamanda bu funksiya bütün istifadəçilər üçün əlçatan olacaq.
Sərvanə Rəmixanova