"Beşiktaş", Əl-Musratinin satın alma opsiyonu ilə "Monako"ya icarəyə verildiyini açıqladı.
Mia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klubdan verilən açıqlamada deyilib: "Klubumuz AS Monaco Futbol Klubu və oyunçu ilə peşəkar futbolçumuz Almoatasembellah Ali Mohamed Al Musratinin 2024-2025 mövsümünün sonuna qədər müvəqqəti transferi ilə bağlı razılığa gəlib. Anlaşma, AS Monaco Futbol Klubunun satın alma opsiyasına sahib olmasından əlavə, oyunçunun maaşı 2024/2025 mövsümünün sonuna qədər AS Monaco Futbol Klubu tərəfindən qarşılanacaq."
Fərid Aslan
MİA.AZ