Müğənni Vəfa Şərifova "Gün ortası" verilişində duyğusal anlar yaşayıb.
"Münasibətdə əslində getməyən qadındır. Qadın qapını tam bağlayanda heç kim girə bilməz. Artıq bu mövzulardan danışmaq istəmirəm. İnsanlar məni çox qınadılar. Düşmənlərim məni ən çox qorumaq istədiyim yerimdən vurdular. Düşündülər ki, insanların gözündən düşərəm, toylarımı əlimdən alarlar. Xalq hər şeyi görür. Əlimdə sübutum var, göstərərəm, bir saatın içində özümü təmizə çıxardaram"./Milli.Az