İtaliya A Seriyası təmsilçilərindən “Milan” heyətini gücləndirməyə davam edir.
Apasport.az xəbər verir ki, komanda “Çelsi”dən Joao Feliksi heyətinə qatıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Futbolçu mövsümün sonuna kimi İtaliya təmsilçisinin şərəfini qoruyacaq.
Tərəflər arasında razılaşmaya əsasən, “Milan” qarşı tərəfə 5,5 milyon avro ödəniş edəcək.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü bu mövsüm “zadəganlar”ın heyətində iştirak etdiyi 20 matçda 7 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
İkardidən Mourinyoya cavab - FOTO
Mourinyodan "Qalatasaray" barədə şok paylaşım
Premyer Liqanı İtaliya çempionatına dəyişdi
Ferqyuson Premyer Liqa klubunda
Messi: "Ronaldo mənim üçün ən yaxşısı idi"