Keçid dövründə Suriya prezidentinin səlahiyyətlərini icra edən Əhməd əş-Şaraa Türkiyəyə yola düşüb.
Moderator.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.
Əhməd əş-Şaraanı Suriyanın xarici işlər naziri Əsaad Həsən əl-Şibani müşayiət edir.
Qeyd olunur ki, səfər çərçivəsində Əhməd əş-Şaraanı Rəcəb Tayyib Ərdoğan qəbul edəcək.