AZ

ADY-nin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötdü » AzadMedia.az


Azərbaycan Dəmir Yollarının (ADY) bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.

Bununla bağlı ADY məlumat yayıb.

Bildirilib ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib. 






Seçilən
8
16
azadmedia.az

10Mənbələr