AZ

Avropa komissarından Bakıya uğursuz cavab- Ermənistandakı missiyanın sifətini gizlətmək olmaz...

Image

Arzuxan Əlizadə: “O zaman bu casusluq fəaliyyəti deyil bəs nədir?”

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Maqdalena Qro erməni mətbuatına müsahibə verib. Müsahibə zamanı erməni jurnalist nümayəndəyə bir sıra təhrikedici xarakterli suallar verib. 

M.Qro müsahibəsində vurğulayıb ki, Aİ müşahidə missiyasını casusluq fəaliyyətində günahlandırmaq doğru deyil və bununla bağlı Azərbaycanda deyilənlər guya həqiqəti əks etdirmir: “Bakıda həmsöhbətlərim də Aİ-nin Ermənistandakı missiyası ilə bağlı Azərbaycanın mövqeyini səsləndirdilər. Biz həmişə hər hansı tənqidi və ya digər fikirləri diqqətlə dinləyirik və iddiaların nə ola biləcəyini və onların arxasında nələrin dayandığını anlamağa çalışırıq. Biz mümkün anlaşılmazlıqları aydınlaşdırmağa çalışırıq, lakin dezinformasiyanı təkzib etməkdə eyni dərəcədə ardıcılıq. Qavrayışlar baxımından mən görüşlər zamanı açıq şəkildə bildirdim ki, Aİ regionda yeni ayırıcı xətlər yaratmaq, “sıfır məbləğli oyunlara” girmək və ya “gizli gündəmi” təbliğ etmək niyyətində deyil. Aİ missiyası Ermənistan hakimiyyətinin suveren tələbi ilə Ermənistanda yerləşdirilib. Aİ prosesin bütün mərhələlərində: yerləşdirmədən əvvəl, yerləşdirmə zamanı və sonra Azərbaycan hakimiyyətini məlumatlandırıb, üçüncü tərəfin yerdə olması ilə bağlı həssaslığı və münaqişənin uzun tarixini nəzərə alaraq. Mən bütün həmsöhbətləri əmin etdim ki, biz öz rolumuza böyük məsuliyyətlə yanaşırıq. Buna görə də biz bir daha bildiririk ki, “casusluq fəaliyyəti” və ya “sabitliyi pozma məqsədləri” ilə bağlı bütün iddialar dezinformasiyadır”.

“Aİ müşahidə missiyasının üzvləri binoklla hər gün sərhədlərdə müşahidə aparıb informasiya toplayırlar”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP sədri, millət vəkili Arzuxan Əlizadə hesab edir ki, Aİ nümayəndəsinin əsaslandırması reallığı əks etdirmir: “Əvvəla, Azərbaycan ərazilərini işğaldan azad edəndən sonra Ermənistanla sərhəddə ümumən atəşkəs elə də pozulmur. Nadir hallarda sərhəddə atəşkəs pozulur və bunu edən də Ermənistan tərəfidir. Azərbaycan ərazilərini işğaldan azad edib qarşısına qoyduğu məqsədə çatçıbsa, o zaman iki ölkə sərhədində Aİ müşahidə missiyasına nə ehtiyac var? Düzdür, ötən 4 il ərzində iki ölkə arasında sülh sazişi imzalanmayıb, amma iki ilə yaxındır ciddi eskalasiya risqi də yoxdur. Ən başlıcası, Ermənistanın növbəti təcavüz üçün resursları da yoxdur. Azərbaycana gəldikdə isə, bizim Ermənistana hücum etmək, ərazilərini güc yolu ilə ələ keçirmək niyyətimiz yoxdur. Bizim strateji hədəfimiz Qərbi Azərbaycandan olan soydaşlarımızın dinc yolla öz dədə-baba yurdlarına qayıtmasıdır. İki ölkə sərhədində eskalasiya risqi olmaya-olmaya Aİ müşahidə missiyasının üzvləri binoklla hər gün sərhədlərdə müşahidə aparıb informasiya toplayırlar. O zaman bu casusluq fəaliyyəti deyil bəs nədir? Hardan əmin olmaq olar ki, binoklla baxanlar kəşfiyyat fəaliyyəti ilə məşğul olmurlar? Digər tərəfdən, Aİ missiyasının məqsədi həm də Rusiyanı Ermənistandan çıxarmağa zəmin yaratmaqdır. Bunu açıq demirlər, amma Azərbaycanla sərhədə yerləşməklə həm də bu fəaliyyətlə məşğul olurlar. Bu baxımdan M.Qronun arqumentləri reallıqla uzlaşmır”.

Vidadi ORDAHALLI





Seçilən
14
baki-xeber.com

1Mənbələr