AZ

HƏR PUBLİSİST YAZIÇIDIRMI?!(“Qisa qeydlər” silsiləsindən)

İstər sosial şəbəkələrdə, istərsə də internet qəzetlərdə tez-tez “yazışı-publisist”, yaxud da “yazıçı-jurnalist” imzalarına rast gəlirəm. Hər bir jurnalist publisistdir – bunu bilirəm. Amma hər bir publisist yazıçıdırm?! Aşağıda bu suala cavab tapmaq, müzakirə açmaq niyyətindəyəm. Heç bir standarta əməl, ədəbiyyata istinad etmədən öz fikirlərimi deyirəm. Oxucuların fikirlərini də eşitmək istəyirəm...

Təkrar edirəm, hər bir yazışı publisist, həm də yaxşı publisistdir, amma hər bir publisist yazışı deyil, ya da yaxşı yazıçı deyil. Doğrudur, hər ikisi qələm sahibidir, amma publisist yalnız özü kimi düşünə bilir və yalnız öz fikirlərini verir. Doğrudur, başqalarına da istinad edir, amma bunu öz fikirlərini əsaslandırmaq üçün edir. Amma yazıçı yalnız öz fikirlərinə yer ayırmır, öz təzəyyülü ilə yaratdığı obrazların da adından danışır, onlar kimi düşünməyə, hərəkət etməyə, söz deməyə qadirdir. Kimsə deyə bilər ki, nə olsun, ikisi də yazır, ikisi də yazıçıdır. Adi bir misal çəkim, Yaşar Nuriyev də, Arif Quliyev də tanınmış aktyor, Xalq artisti idi. Amma axırıncı yalnız komik rollar ifa edirdi, onu başqa rolda təsəvvür etmək belə çətidi. Yaşar Nuri isə, həm dramatik, həm də komik, həm də tragik rolların mahir ifaçısı, böyük sənətkar idi.

Düşünürəm ki, yazıçı ilə publisist arasında əsas fərq də bundadır, yalnız istedadın yox, həm də yaradıcı təxəytyülün olmasındadır. Publisist ancaq öz adından danışa bilir, öz fikirlərinə yer verir, onları əvvəl sübut, sonra təşviq, sonra da tətbiq etmək istəyir. Yazıçı isə özü kənara çəkilir, onun əvəzinə onun obrazları, daha doğrusu, özü obrazlarının adından danışır, onları canlandırır, öz fikirlərini onların dili ilə çatdırır. Obrazlı desək, publisist yaxşı bir fotoqrafdır, gördüklərinə can verir, şəklini çəkir, göstərir. Yazıçı isə, əsl rəssamdır, yalnız gördüklərini yox, həm də eşitdiklərini, hiss, xəyal etdiklərini canlandıra, çatdıra bilir. Burda mahir publisist, böyük yazıçı olan Cek Londonun bir deyimi yada düşür, əslində bütün yazıçılar üçün bir mayak, yol göstəricisidir:

“Əgər, siz maraqlı mövzudan yapışmısınızsa – gərgin həyat, insan taleləri, romantika, dramatizm və realizm – lənət şeytana, ondan bərk yapışın. Oxucuya yol fəlsəfəsini nəql etməyi öz boynunuza götürməyin, qoy bunu sizin qəhrəmanlarınız etsin – işlərilə, əməllərilə, sözlərilə. Stivensona və Kiplinqə diqqət edin, görün onlar necə özləri kənara çəkilir, qəhrəmanları isə yaşayır, adamların qəlbinə girir, səhərə kimi lampanı söndürməyə qoymur. Hər hansı kitabın ruhu müəllifin kənara çəkilməsini tələb edir. Nəql etmək lazım deyil – şəklini çəkmək, yaratmaq, göstərmək lazımdır. Bir-birinə hörülmüş yüz söz, yüz mənasız kitabdan qiymətlidir. Axı, siz bağçada gül dərəndə qarşınıza çıxan hər otu-ələfi yığmırsız, güllərin qəşəngini, ətirlisini seçməyə çalışırsınız. Ədəbiyyat da belədir, fikirlərin ən mənalısını, sözlərin ən yaxşısını seçmək və yerində işlətmək lazımdır. Bu zaman özünüzü yaddan çıxarın, unudun, tamamilə əsərinizin quluna çevrilin. Bax, onda Dünya sizi unutmaz”.

Cek London öz müasirlərindən danışır, mən də öz müasirlərimdən demək, misal gətirmək istəyirəm. Mübahisə yaratmasın deyə, hamının tanıdığı, özlərini bir publisist, yazışı kimi təsdiq etmiş sənətkarlardan danışmaq istəyirəm. Məsələn, götürək bizim tanınmış qələm ustalarını – Anar Rzayevi və Rəfael Hacıyevi. Hər ikisi böyük publisistdir, ahıl yaşlarına baxmayaraq, hazırda da Azərbaycanda ən mükəmməl qələm, ən müdrik müdrik söz sahibidirlər. Amma Anar Rzayev həm də yazıçıdır, Azərbaycan tarixinin ən böyük yazışılarından biridir. Rəfael Hüseynov isə nə qədər gözəl qələm sahibi olsa da, yenə publisistdir. Eyni müqayisəni Azərbaycanın eyni dərəcədə tanınmış söz adamları – Elçin Əfəndiyev və Sabir Rüstəmxanlı arasında da aparmaq olar. Birinci həm də böyük yazışı, dramaturqdur, ikinci isə, ancaq publisistdir...

Qalib ARİF

Demokratikmusavat.com 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

1Mənbələr