AZ

Neftçi gənclər bayramlarını nəsillər arası təntənəyə çevirdilər (FOTO)

Bakı. Trend:

2 fevral-Gənclər Günü ilə bağlı Bakı Gənclər Evində “NeftçiGənclər -Enerji Katalizatorları” adlı tədbir nəsillər arasıtəntənəyə çevrildi.

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “SurakhaniOil”, “Balakhani Operating Company LTD” və “Azgerneft”şirkətlərinin Həmkarlar İttifaqı Komitələrinin gənc işçiləri üçünkeçirdiyi bayram tədbirində səhnədə müxtəlif nəsillərinnümayəndələri söz alaraq, hasilat sahəsində daim gənclərə məxsushəvəs, cəsarətlə çalışaraq işlədikləri torpağı öyrənib, onunqeydinə qalmalı olduqlarını vurğuladılar.

“Mən, təhsilimi bitirdikdən sonra karyerama dərhal Balaxanıdabaşlamışam. Geoloq vəzifəsindən, şirkətimizin mənə göstərdiyietimad və dəstək nəticəsində, Geoloji Fondun rəhbəri vəzifəsinəqədər yüksəlmişəm”, deyən “Balakhani Operating Company LTD”-ningənc əməkdaşı Gülbahar Məmmədova işində tətbiq etdiyiinnovasiyalardan danışıb. O, vurğulayıb ki, Prezident İlhamƏliyevin rəhbərliyi altında həyata keçirilən gənclər siyasətihəmyaşıdlarına Azərbaycanı daha böyük uğurlara aparmaq üçün genişimkanlar yaradır.

Hasilat şirkətlərində işləyən gənclərə təbrik ünvanlayan“Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev isəçalışdıqları şirkətlərin hesabına ikinci ali təhsil alan 50-yəyaxın gənci nümunə gətirərək bildirib ki, onların peşəkarinkişafına edilən yatırımlar özünü doğruldur. O, əlavə edib: “Sabiq Sovet İttifaqı dağıldıqdan sonra Azərbaycan böyükictimai-siyasi çətinliklərdən keçdi. Bilirsiniz ki, belə dönəmlərdəgənclər arasında ümidsizlik, ziyanlı vərdişlərin əmələ gəlməsitəhlükəsi olur. Amma biz çox şanslı idik ki, əvvəl Naxçıvana, dahasonra isə xalqın tələbi ilə Bakıya hakimiyyət başına qayıdanÜmummilli Lider Heydər Əliyev gənclər siyasətini dərhal prioritetəçevirdi, gənclərə aid bir-birinin ardınca miqyaslı dövlətproqramlarının həyata keçirilməsini tapşırdı. Onun bizə müraciətdədediyi, “gənclər hər bir millətin həm bu günüdür, həm də sabahıdır,ümididir” sözləri hələ də mənim qulağımdadır. Cənab Prezidentgənclər siyasətini daha böyük Dövlət Proqramları ilə davam edir. Buproqramların təmin olunmasında bizim sizinlə çalışdığımız neftsektorunun vacib töhfəsi var.”

Daha sonra “Azgerneft”, “Surakhani Oil”, “Balakhani OperatingCompany LTD” şirkətlərinin bir qrup gənc əməkdaşlarına çalışdıqlarıvəzifələrdə fərqləndiklərinə görə təltifnamə və hədiyyələr təqdimedilib.

Bayram tədbiri həmkarları tərəfindən “ən gənc ruhlu”adlandırılan Prezident təqaüdçüsü, əməkdar mühəndis TelmanCəfərovun 80 illik yubileyinin qeyd edilməsi ilə yekunlaşıb.Karyerasının ilk illərində işlədiyi məkanda ana dilində danışmağabelə imkanın yaradılmadığını xatırlayan Telman Cəfərov müstəqil vəgüclü Azərbaycan dövlətinin neft sektorunun milli insan kapitalınınmüasir təhsilli gənclər hesabına genişləndiyini fəxrləbildirib.

Neftçi gənclərin bayramında Ağdam rayon Gülablı kənd Uşaq MusiqiMəktəbinin müəllimi Habil Məmmədov və tələbələri “Dəşti təsnifi”,“Bayatı şiraz təsnifi” və Azərbaycan xalq mahnılarından ibarətkonsert proqramı ilə çıxış ediblər.

Neftçilərin tədbirində uzun müddət gənclər siyasəti ilə məşğulolmuş, hazırda Suraxanı rayon İcra hakimiyyətinin başçısı AdilƏliyev, Milli Məclisin üzvləri Qaya Məmmədov, Vüqar Rəhimzadə, YAPSabunçu rayon təşkilatının sədri Araz Xudadanov, Bakı Şəhəri üzrəTəhsil İdarəsinin müdir müavini Anar Qədiməliyev, media üzvləri dəiştirak ediblər.

Neftçi
Neftçi
Neftçi
Neftçi
Neftçi
Neftçi
Neftçi
Seçilən
60
9
az.trend.az

10Mənbələr