AZ

Paşinyan Ermənistanın ABŞ-dən nə gözlədiyini açıqlayıb

“İrəvan ümid edir ki, Vaşinqton Cənubi Qafqazda sülhün bərqərar olmasını ABŞ-nin prioritet məqsədləri siyahısına daxil edəcək”.

Qaziler.az “NEWS.ru”ya istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan səsləndirib. Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti xəbər verib ki, Paşinyan Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşüb.

“ABŞ nöqteyi-nəzərindən Ermənistanı dəstəkləməyin ən təsirli yolunun hansı olduğunu soruşsanız, deyərdim ki, ABŞ siyasi elitasının prioritetləri siyahısına Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin daxil edilməsi çox vacib olardı”, - Paşinyan deyib.

O, həmçinin vurğulayıb ki, Ermənistan demokratiyanı dərinləşdirməyə və onu “institusional əsasda yerləşdirməyə” çalışır. Onun fikrincə, bunun hakim qüvvələrin siyasətindən asılı olmaması vacibdir.

QAZİLER.AZ

Seçilən
4
1
qaziler.az

2Mənbələr