AZ

HƏMAS: Atəşkəs sazişinin ikinci mərhələsi üzrə danışıqlar başladı

HƏMAS sözçüsü Əbdüllətif Kanu açıqlamasında bildirib ki, hazırda fələstinlilərin yaşayış yeri və yenidən qurulmasında maraqlıdırlar.

Turkustan.az xəbər verir ki, “Atəşkəsin ikinci fazası ilə bağlı danışıqlara başlandığını” ifadə edən Kanu, İsrailin razılaşmanın humanitar aspekti ilə bağlı protokola və icrasına mane olmaq və gecikdirmək üçün çalışdığını vurğulayıb.

Sığınacaq və yardımın Fələstin xalqı üçün təcili humanitar məsələlər olduğunu qeyd edən Kanu, "Xalqımız işğalçı qüvvələrin bunun gecikdirilməsinə və maneə törədilməsinə dözə bilməz. Kütləvi dağıntıdan sonra xəstəxanaların qurulması, yolların yenidən qurulması və su quyuları Qəzzanı həyata qaytaracaq".

İordan çayının qərb sahilindəki hadisələrə toxunan Kanu deyib:

"Fələstinlilərin müdafiə haqqı var, Tubasın şərqindəki Tahasir keçid məntəqəsindəki əməliyyat İordan çayının qərb sahilində artan təcavüzə qarşı həyata keçirilib. İşğal qüvvələrinin məsuliyyətə cəlb edilməməsi və beynəlxalq susqunluq İsraili soyqırım törətməyə sövq edir".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
12
turkustan.az

1Mənbələr