Belarusda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi (U-19) yoxlama oyunu keçirib.
Arena.az xəbər verir ki, U-19 millimiz Belarusun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Belarusun paytaxtı Minsk şəhərində baş tutan oyun meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu komandalar arasında ikinci yoxlama oyunu fevralın 6-da baş tutacaq.