“Neftçi” Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində qarşılaşacağı “Kəpəz”lə ilk oyunun hazırlığını yekunlaşdırıb.
Arena.az bu barədə paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir.
Xəbərdə bildirilir ki, “ağ-qaralar” bu gün matçın keçiriləcəyi Tovuz şəhər stadionunda oyunöncəsi son məşqinə çıxıblar. Hələ də bərpa dövrü keçən futbolçular – Rəhman Hacıyev, Rafael Quzzo və Dembo Darbo bu oyunda iştirak etməyəcəklər. Onlarla yanaşı, “Şamaxı” ilə oyunda zədələnən Edvin Kuç və Andrey Ştoqrin, həmçinin səhhəti ilə əlaqədar Azər Əliyev də kubok görüşünü buraxacaqlar.
Qeyd edək ki, fevralın 5-də keçiriləcək “Kəpəz” – “Neftçi” oyununa saat 16:00-da start veriləcək.