AZ

Britaniya Trampın rüsumlarından yayınmaq üçün çıxış yolu tapıb

Böyük Britaniya hakimiyyəti ABŞ prezidenti Donald Trampın krallığa qarşı gömrük rüsumları tətbiq etməsinin qarşısını almağa ümid edir. 

Valyuta.az xəbər verir ki, bu barədə "Politico" qəzeti Britaniyanın keçmiş energetika naziri Kvazi Kvartengin açıqlamasına istinadən məlumat yayıb.

Kvarteng bildirib ki, London bu məqsədlə ABŞ-dan qaz və silah idxalını artırmağa hazırdır. Onun sözlərinə görə, Britaniya hər halda hansısa mənbədən qaz tədarük etməlidir, çünki Şimal dənizində hasilat azalır. O, Böyük Britaniyanın ABŞ-dan qaz alışını artırmasını təbii addım kimi qiymətləndirib.

Fevralın 1-də Tramp Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edilməsi ilə bağlı fərman imzalayıb. Rüsum dərəcəsi Meksika və Kanada üçün 25%, Çin üçün isə 10% təşkil edir. Siyasətçi bu addımını Amerika biznesinin maraqlarını qorumaq məqsədilə atdığını bildirib.

Çərşənbə axşamı məlum olub ki, Tramp Kanada və Meksika liderləri ilə danışıqlar aparıb. Tərəflər sərhəd təhlükəsizliyini gücləndirmək və narkotik ticarətinə nəzarəti artırmaq barədə razılığa gəliblər. Bunun qarşılığında Vaşinqton bu ölkələrdən idxal edilən mallara 25%-lik gömrük rüsumlarının tətbiqini 30 gün müddətinə dayandırıb. Lakin Çin üçün bu qərar qüvvədə qalıb.

Paşa Məmmədli

Seçilən
4
valyuta.az

1Mənbələr