"First Street Technologies" şirkətinin araşdırmasına görə, 55 milyondan çox amerikalı 2055-ci ilə qədər ABŞ-ni tərk edəcək və iqlim risklərinə daha az məruz qalan bölgələrə köçəcək.
Valyuta.az xəbər verir ki, analitiklər amerikalıların daha çox Mayami, Ceksonvil, Yeni Orlean və Sakramentonu tərk edəcəklərini proqnozlaşdırırlar.
Analitiklər əsas səbəb kimi qlobal istiləşmə və yaxın onilliklərdə əmlak sığortası qiymətlərinin yüksəlməsini göstəriblər.
Qeyd olunur ki, iqtisadi güc əhalini riskli yerlərdə saxlamaq üçün kifayət etməyə bilər. Ekspertlər təkcə 2025-ci ildə 5,2 milyon amerikalının köçəcəyini təxmin edirlər.
Yanvarın ikinci yarısında Vudvel İqlim Tədqiqatları Mərkəzinin (WCRC) klimatoloqları son 40 ildə Arktikada və qonşu ərazilərdə temperaturun artımını tədqiq edərək, qlobal istiləşmənin Taymir yarımadasına da ən çox təsir etdiyini müəyyən ediblər. WCRC-nin Arktika tədqiqatları proqramının rəhbəri Cennifer Vatts deyir ki, Sibir tayqasında baş verən dəyişikliklər bütün dünya üçün təsir göstərir.
Paşa Məmmədli