Azərbaycan Basketbol Liqasının XIV turunda "Naxçıvan" "Abşeron"a qalib gəlib.
"Report"un məlumatına görə, A qrupunda baş tutan matçda bölgə təmsilçisi 76:70 hesablı qələbəyə sevinib.
Turun açılış qarşılaşması Abşeron Olimpiya İdman Kompleksində baş tutub.
Qeyd edək ki, turun digər görüşləri fevralın 5-8-i aralığında keçiriləcək.