AZ

Qəzaya uğrayan AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb - FOTO - YENİLƏNİB

Aktau yaxınlığında qəzaya uğraya AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.

APA xəbər verir ki, bu barədə AZAL-ın Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatda məlumat verilir.

Məlumata görə, hava gəmisi hava şəraitinin əlverişli olmaması səbəbindən Qroznı üzərində ikinci enişi yerinə yetirə bilmədikdən sonra kapitan Bakıya qayıtmaq barəsində qərar verib. Bu qərarın qəbul edilməsindən sonra Qroznı üzərində CVR-da 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb.

Hesabata əsasən, CVR və FDR məlumatlarının tutuşdurulması nəticəsində müəyyən edilmişdir ki, birinci kənar səsdən 4 saniyə sonra 3-cü hidravlik sistem, 6 saniyə sonra 1-ci hidravlik sistem, 21 saniyə sonra 2-ci hidravlik sistem funksionallığını itirməklə sıradan çıxıb.

"Hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunmuş və foto, habelə video qeydiyyata alınmışdır. Həmin zədələrin hava gəmisinin füzelyajının arxa hissəsində, xüsusilə şaquli və üfiqi stabilizatorlarında çox sayda, habelə sol qanadda və sol mühərrikdə aşkar olunub", - hesabatda deyilir.

Qeyd edilib ki, hava gəmisi qalıqlarının kor zədələrində olan hava gəmisinə məxsus olmayan kənar obyektlər aşkarlanaraq götürülmüş və həmin kənar obyektlərin foto şəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilmişdir. Gələcəkdə aşkar olunmuş kənar obyektlərin dəqiq mənsubiyyətinin müəyyənləşdirilməsi məqsədilə əlavə ekspertizaların keçirilməsi planlaşdırılmışdır.
***

20:23

Aktau yaxınlığında qəzaya uğraya AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb.

APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin məlum təyyarə qəzası ilə bağlı ilkin hesabatında bildirilib.

Hesabatda təyyarənin quyruq hissəsinin sol tərəfinin fotosuna verilən şərhdə təyyarənin yer səthi ilə toqquşana qədər hidravlika sistemlərinin hava gəmisinin xarici obyektlərin təsirinə məruz qaldığı ehtimal olunduğu bildirilib.

Qeyd edilib ki, məlum zədənin nəticəsi hidravlika mayesi və təzyiq itkisi olub.

Bundan əlavə, hesabatda təyyarənin stabilizatorundan çıxan yad metal obyektlərin bir hissəsi öz əksini tapıb.

"Təyyarənin gövdəsində çoxsaylı dəliklər və yad metal əşyalar aşkar edilib", - ilkin hesabatda bildirilib.

Qəzaya Qəzaya Qəzaya Qəzaya
Seçilən
24
3
apa.az

4Mənbələr