AZ

Qazaxıstan-Özbəkistan sərhədi bağlanır



“Jibek Jolı” keçid məntəqəsi fevralın 5-dən etibarən 4 ay müddətinə bağlanacaq, Dövlət Gəlirləri Komitəsi xəbər verir.
“Tikintinin başa çatdırılması üçün Özbəkistan tərəfdəki Qışt-Kuprik keçid məntəqəsinin 4 ay müddətinə bağlanması ilə əlaqədar Qazaxıstan tərəfindəki “Jibek Jolı” keçid məntəqəsi də 2025-ci il fevralın 5-dən etibarən bağlanacaq”, - komitənin açıqlamasında bildirilir.

Eyni zamanda piyadalar “Kaplanbek” və “B.Konısbayev” keçid məntəqələrindən, “Sırdariya” və “Tselinnı” keçid məntəqələrindən də keçə bilərlər.
Yük maşınları adi qaydada “B.Konısbayev”, “Atameken”, “Kazıqurt” və “Tajen” keçid məntəqələrindən keçəcək.
Seçilən
7
newscenter.az

1Mənbələr