AZ

Avtomobildən oğurluq edənlər saxlanıldı

Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində “Mersedes” markalı avtomobildən 300 manat pul və bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.


News365.az xəbər verir ki, Sumqayıt ŞPİ 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş R.Bayramov saxlanılıb.


Araşdırmalarla saxlanılan şəxsin oğurladığı bank kartından alış-veriş etməsi də müəyyən olunub.

Seçilən
35
5
news365.az

6Mənbələr