Bu gün kişilər arasında Azərbaycan Basketbol Liqasında XIV tura start verilib.
Apasport.az xəbər verir ki, ilk oyun günündə bir matç baş tutub.
Yeganə qarşılaşma Abşeron OİK-də keçiriləib. Liderin ən yaxın izləyicisi “Naxçıvan” turnir cədvəlindəki qonşusu “Abşeron”u sınağa çəkib. Oyuna yaxşı başlayan qonaqlar fasiləyə 10 xal üstünlüklə yollanıblar. Sonadək öndə olan "Naxçıvan" qələbə sayəsində 1-ci pilləyə yüksəlib.
Azərbaycan Basketbol Liqası
XIV tur
19:00. “Abşeron” – “Naxçıvan” - 70:76 (12:17, 16:21, 18:20, 24:18)
Halil Atlı: “Sıradan səhvlərə görə uduzduq”
ABL: "Ordu"dan əzmkar qələbə
ABL: “Ordu” “Gəncə”yə, “Quba” “Lənkəran”a qarşı
"Neftçi" yenə məğlub oldu
ABL: XIII turun daha iki görüşü keçiriləcək