AZ

Təyyarə Rusiya hava məkanında baş verən xarici müdaxilə nəticəsində qəzaya uğrayıb - HESABAT

Aktau hava limanı yaxınlığında “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin qəzaya uğramasından sonra baş verən yanğın füzelyajın hissələrini və pilot kabinəsinin bir hissəsini məhv edib.

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin qəzanın səbəblərinin araşdırılmasına dair dərc etdiyi ilkin hesabatda qeyd olunur.

Bildirilib ki, yer səthi ilə toqquşmadan sonra hava gəmisi bir neçə hissəyə parçalanıb. “Füzelyajın mərkəzi və ön hissəsi, pilot kabinəsinin aşağı hissəsi və sağ qanad tamamilə yanıb. Pilot kabinəsinin yuxarı hissəsi aşağı hissədən ayrılıb, üzərində yuxarı alətlər paneli, kabinanın iki külək şüşəsi və bir yan pəncərə qalıb”, – hesabatda vurğulanır.

Hesabata görə, füzelyajın arxa hissəsi isə quyruq hissəsi ilə birlikdə təyyarənin digər hissələrindən aralıda yerləşib: "Sol qanad isə füzelyajın mərkəzi hissəsi ilə birlikdə yanğın yerində qalıb və qismən qorunub saxlanılıb".

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə Rusiyanın Qroznı üzərindəki hava məkanında baş verən fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
19
8
Demokratikmusavat.com

10Mənbələr