Futzal üzrə Azərbaycan millisi Avropa çempionatının əsas mərhələsində Yunanıstanla bərabərə qalıb.
Publika.az xəbər verir ki, Bakı İdman Sarayında təşkil olunan matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.
Yığmamızın heyətində Oktay Rüstəmli fərqlənib. Qonaq komandada isə Leandros Tankas və Marios Ntatis adını tabloya yazdırıb. Yunanların heyətində Spridon Papakostas avtoqol müəllifi olub.