Goranboyda piyadanın ölümü ilə nəticələn ağır yol qəzası baş verib. Manset.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb. Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 1965-ci il təvəllüdlü M. Bayramovu vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.