AZ

AÇ-2026: Futzal millimiz Yunanıstanla da “sülh bağladı”

Futzal üzrə Azərbaycan millisi bu gün Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində növbəti oyununa çıxıb.

Arena.az xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu komanda Bakıda Yunanıstan yığmasını qəbul edib.

Bakı İdman Sarayında təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib. Hərəyə iki qol vuran tərəflər yekunda 1 xalla kifayətləniblər.

Xatırladaq ki, Azərbaycan millisi daha əvvəl Bakıda İsveçlə heç-heçə (3:3) edib, səfərdə Xorvatiyaya məğlub olub – 2:9.

AÇ-2026-nın əsas seçmə mərhələsi
5-ci qrup
4 fevral

Azərbaycan – Yunanıstan 2:2
Qollar: Oktay Rüstəmli, 0:52. Spiridon Papakostas, 38:52-öz qapısına – Leandros Tankas, 14:25. Marios Ntatis, 37:24.
Hakimlər: Telmen Undrax (Norveç), Yakob Pavlovski (Almaniya), Daq Erik Tanqvik (Norveç).
Timekeeper: Ramil Namazov (Azərbaycan).
Hakim-inspektor: Stefan Tivold (Sloveniya).
UEFA nümayəndəsi: Assem Kuzhanova (Qazaxıstan).

Azərbaycan: 12. Rövşən Hüseynli, 5. Oktay Rüstəmli, 7. Xəzər Ağalızadə, 8. Ülvi Əliyev, 14. Tofiq Mikayılov, 1. Emin Kürdov (k), 2. Nihad İsmayılov, 3. Kənan Manafov, 4. Fərid Atakişiyev, 6. Mirzə Əmirov, 9. Emil Həsənzadə, 10. Seymur Məmmədov, 17. Nurlan Mehdizadə, 20. Fərid Abbasov.
Baş məşqçi: Vitali Borisov.

Yunanıstan: 1. Nikolaos Aronis, 4. Seiti Ensi, 6. Andreas Tarnanidis, 7. Marios Ntatis, 9. Alexandros Adamopulos, 12. Dimitris Zervas (k), 2. Evangelos Avlonitis, 3. Konstantinos Papadopulos, 5. Dimitrios Karidas, 8. Lampros Tsinas, 10. Spiridon Papakostas, 11. Leandros Tankas, 13. Kostas Panou, 14. Vasilis Tsakidis
Baş məşqçi: İoannis Ziavas.

Xallar: Yunanıstan – 4. Xorvatiya – 3. Azərbaycan – 2. İsveç – 1.

Seçilən
12
arena.az

1Mənbələr