Goranboy rayonunda piyada ölümü ilə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xan Qərvənd kəndində qeydə alınıb.
Belə ki, “VAZ-2107” markalı avtomobil 1965-ci il təvəllüdlü Bayramov Mahir Yaqub oğlunu vurub.
Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev