AZ

Donald Trampın İrana qarşı yeni planı: maksimum iqtisadi təzyiq

Donald Tramp bu gün, fevralın 4-də İrana qarşı “maksimum iqtisadi təzyiq” siyasətini yeniləyəcək memorandum imzalaya bilər. Bu barədə “Reuters” amerikalı mənbəyə istinadən məlumat yayıb.

“Çərşənbə axşamı ABŞ prezidenti Donald Trampın İrana qarşı “maksimum təzyiq” kampaniyasını yeniləyəcək və İranda nüvə silahının yaradılmasına aparan bütün yolların qarşısını almağa yönəlmiş memorandumu imzalaması gözlənilir”, – deyə agentlik yazır. Memorandumda Amerika lideri ABŞ-ın maliyyə nazirinə İrana “maksimum iqtisadi təzyiq” göstərməyi, o cümlədən sanksiyalar və mövcud sanksiyaları pozanlara qarşı tədbirlər görməyi tapşıracaq.

Çərşənbə axşamı “The New York Times” amerikalıların İranla bağlı əldə etdiyi kəşfiyyat məlumatı barədə xəbər yayıb. Qəzetin mənbələrinə görə, ABŞ kəşfiyyatı bir qrup iranlı elm adamının nüvə silahı yaratmaq üçün sürətləndirilmiş üsul üzərində işlədiyini aşkar edib. İranın nüvə silahı məsələsi Amerikanın yeni administrasiyası üçün prioritet məsələlərdən biridir. Donald Tramp builki ilk əsas müsahibəsində deyib ki, Tehrandan istədiyi əsas şey onun nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

//Samir Qurbanov, Editor.az

Seçilən
7
3
editor.az

4Mənbələr