AZ

"Türk əsri" ideologiyasına qarşı dünyada "yəhudi əsri" ideologiyası hazırlanır...Tramp da işin içindədir...

Image

Əlbəttə, İsrail ərazi nöqteyi-nəzərindən kiçik ölkədir. Bu məlum həqiqəti tək mən demirəm, ABŞ prezidenti Tramp da təkrar olaraq dünən xatırladıb. Jurnalistlərin ona "İsrailin İordan çayının qərb sahillərini (Qərbi Şeriyanı) işğal etdiyi" barədə suallarına cavab olaraq belə bildirib. Təəccüblənməyin... Trampın dediklərində anlaşılmaz bir şey yoxdur.

Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb. 

A.Quliyev daha sonra yazır:

Açıq deyir ki, İsrail ərazicə çox kiçik ölkə olduğu üçün Qərbi Şeriyanı işğal edə bilər. Vəssalam... Bilməyənlər üçün deyim ki, Qərbi Şeriya bu gün Fələstin administrasiyasının əlində qalan yeganə ərazidir, onu da İsrailə peşkəş edirlər... 1995-ci ildə Norveçin paytaxtı Osloda İsrailin baş naziri İsak Rabinlə Fələstin Azadlığının rəhbəri Yasir Ərəfatın əldə etdiyi razılaşmaya görə Qərbi Şeriya 3 hissəyə bölündü. 17 faizlik 1- ci hissə Fələstin administrasiyasına ( hələ dövlət demirlər haa), 24 faizlik 2- ci hissəsi İsraillə Fələstin administrasiyasına, 59 faizlik 3- cü hissəsi isə təklikdə İstailin idarəçiliyinə verildi. Görürsüz, " qoca dünyanın" ədalətini... Cəmi 6 min kvadrat kilometrlik Fələstinin təbii torpaq haqqı belə param- parça edildi... İordan çayının qərbinin, yəni Qərbi Şeriyanın bu ədalətsiz bölgüsü qismən bu gün də davam edir... Üstəlik Tramp bu günlərdə Qəzza müsəlmanlarının Misir və İordaniyaya köçürülməsi tələbini də ortaya qoydu... 

İndi bu dünyanı idarə etmək iddiasında olanların ədalətinə bir daha baxmaq, bu ölkələrdən hansısa məsələdə nümunə götürmək " olar, ya olmaz?" sualına cavab tapmalıyıq...

Düşüncə üçün ayrı faktlar da var. Tramp hakimiyyətə "biz Amerikanı güclü etməliyik" deyərək gəldi. Gələndən sonra ABŞ - ın küçələrində "Tramp, İsraili də güclü et" şüarları peyda oldu. Nəticə çıxaraq. Tramp hakimiyyətə ABŞ- ı və İsraili daha güclü etmək üçün gəlib. Bunu gizlətmir. Hakimiyyətinin 2016- 2021- ci illər aralığına təsadüf etmiş 1- ci dövründə Qüdsü İsrailin paytaxtı kimi tanıdı və əlavə olaraq bəyan etdi ki, Colan təpələri İsrailin torpaqlarıdır. Halbuki hələ 1947- ci ildə, yəni 80 il əvvəl BMT Qüdsü İsrailin yox, Fələstinin paytaxtı kimi tanıyıb və Suriyaya məxsus Colan təpələrinin 1967- ci ildə İsrail tərəfindən işğalını BMT azı 20 dəfə təsdiqləyib.

Yaxın Şərq probleminə münasibətdə Trampın Baydendən və HƏMAS- İsrail müharibəsi başlayan gün İsrailə gələrək "mən İsrailə bir yəhudi kimi gəldim" deyən ABŞ dövlət katibi Blinkendən heç bir fərqi yoxdur.

Bütün dünya başa düşməlidir və biz də bilməliyik. Dünyanın məlum qüvvələri "21-ci əsr türk əsridir" ideologiyasına əks tezis hazırlayırlar. Əks mövqedə gedən bu hazırlıqların böyük qüvvələrindən biri Prezident Trampdır. "Türk əsri" ideologiyasına qarşı "yəhudi əsri" ideologiyası hazırlanır...

Tahir TAĞIYEV





Seçilən
9
baki-xeber.com

1Mənbələr