AZ

İcraçı vitse-prezident: “Legioner limitinin ləğvi Premyer Liqanı gücləndirəcək”

“Legioner limiti ilə bağlı dünyanın heç bir yerində unikal formul yoxdur. Fikirlər hər zaman haçalanır. Qonşu ölkələri də, uzaq ölkələri də buna misal gətirmək olar. Görürük ki, legioner limiti ilə bağlı sistem bir ildən sonra dəyişdirilir”.

Msport.az xəbər verir ki, bunu AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, AFFA İcraiyyə Komitəsinin dünənki iclasında legioner limitinin ləğv edilməsini əsaslandırıb. Sərxan Hacıyev bunun çempionatın güclənməsinə gətirib çıxaracağını düşünür: “Verilən qərara əsasən, klublar oyun vərəqəsində maksimum 17 legioner qeyd edə bilərlər. Həmçinin meydanda eyni anda 11 legioner oynaya bilər. Yəni oyunun iştirak ərizəsində minimum 6 yerli ola biləcək. Legioner limitinin ləğvi Premyer Liqanı gücləndirəcək. Bizim gözləntimiz budur. Yerli futbolçular isə gücləndirilmiş çempionatda rəqabət aparmaq imkanı qazanacaqlar. Bu da onların inkişafına yol açacaq. Ən azı bizim gözləntilərimiz bunlardır. Nəyisə dəyişib yoxlamalıyıq. Son 15 ildə müxtəlif sistemlər olub. Sonuncu dəfə limit 15 il əvvəl ləğv olunmuşdu. Bunu yenidən yoxlamaq lazımdır”.

İcraçı vitse-prezident legioner limitinin rüsumlarının bir fonda yığılacağını deyib: “Yerli futbolçuların meydanda olduqları dəqiqəyə görə hesablama aparılacaq və həmin komandalara ödənişlər olacaq. 21 yaşadək oynadılacaq yerli futbolçulara görə xüsusi rüsum tətbiq oluna bilər. Düzdür, bu hələ müzakirə mövzusudur. Bundan başqa, Premyer Liqada komanda sayının artması yerli futbolçular üçün də əlavə şans olacaq”.

Seçilən
7
50
msport.az

10Mənbələr