AZ

Avstraliyada hökumət cihazlarında "DeepSeek"in istifadəsi qadağan edilib

Avstraliyada hökumət cihazlarında "DeepSeek"in istifadəsi qadağan edilib

Avstraliyada Çinin "DeepSeek" şirkətinin süni intellekt tətbiqinin hökumətə məxsus cihazlarda istifadəsi qadağan edilib.Avstraliya Yayım Korporasiyasının (ABC) məlumatına görə, Avstraliyanın daxili işlər naziri Tony Burke "Deepseek"in hökumətə məxsus cihazlardan istifadəsini qadağan edən fərman imzalayıb.Burke ölkəsinin milli risk olaraq xarakterizə etdiyi şeyi qadağan etməkdən çəkinməyəcəyini söyləyib və qadağanın tətbiqin yarandığı ölkəyə görə deyil, hökumət üçün yaratdığı risklərə görə qoyulduğunu qeyd edib.Qərara əsasən, "DeepSeek"in dövlət cihazlarında istifadəsi qadağan edilib, dövlət işçiləri isə proqramdan şəxsi cihazlarında istifadə edə biləcəklər.Digər tərəfdən, dövlət qurumlarından Daxili İşlər Nazirliyinə “tətbiq bütün cihazlardan silinib” hesabatı təqdim etmələri tələb olunur.Hesabatda deyilir ki, hökumət bu qadağanı milli təhlükəsizlik və kəşfiyyat agentliklərinin "DeepSeek"in Avstraliya hökuməti üçün çox yüksək risk yaratdığı məsləhəti əsasında tətbiq edib.

Seçilən
1
1
afn.az

2Mənbələr