AZ

ABŞ Ukraynadakı münaqişəyə son qoymaq üçün təkliflər alır - Trampın müşaviri

ABŞ Prezidenti Donald Trampın administrasiyası Ukraynadakı münaqişənin həllinə kömək etmək üçün dünyanın müxtəlif ölkələrindən təkliflər alır.

Redaktor.az xəbər verir ki, bu sözləri ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Vals "Fox News" telekanalında deyib.

"Dünyanın yarısının prezident Trampa bu münaqişəni sona çatdırmaqda və yeni müharibələrin qarşısını alacaq ədalətli şəkildə sona çatdırmaqda kömək etməyə çalışması təəccüblüdür. Bizə hər cür müraciətlər gəlir, lakin hələ təsdiqləyəcək və ya xəbər verəcək heç bir şeyim yoxdur", - o bildirib.

Turan İSMAYIL

Seçilən
12
1
redaktor.az

2Mənbələr