1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Türkiyə Kubokunun D qrupunda ikinci turun oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, qrupun favoriti olan "Beşiktaş" ev matçında aşağı liqa təmsilçisi olan "Kırklarelispor"la qarşılaşıb.
İstanbul klubu rəqibinə şans verməyib - 2:0.
Hazırda "qartallar" 6 xalla D qrupuna başçılıq edir. "Kırklarelispor" isə 1 xalla 5-ci pillədə qərarlaşıb.
Bu 2 klubla yanaşı, qrupda "Antalyaspor", "Sivasspor", "Kocaelispor" və "Bodrum" komandaları da yer alıb.