AZ

ABŞ Putinin təklifini düşünür: Hələ ki…

  ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putinin mümkün görüşünün keçiriləcəyi yer barədə hələ ki məlumat verə bilmərik.

Bunu ABŞ Prezidentinin təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uolts deyib.

Uolts Ukraynada sülh danışıqları barədə də məlumat verməkdən imtina edib.

“Dünyanın yarısı Trampa bu müharibəni bitirməsi üçün kömək etməyə çalışır. Biz bununla bağlı çoxlu rəy alırıq, lakin hələ ki əlimizdə təsdiq edə biləcəyimiz, yaxud açıqlayacağımız bir şey yoxdur”, – deyə müşavir qeyd edib.

Xatırladaq ki, daha öncə Rusiya Prezidenti Vladimir Putin Donald Trampla görüşün vacibliyindən danışıb. Hər iki ölkənin maraqları üçün daha rahat şəraitdə müzakirələrin aparılmasının əhəmiyyətini vurğulayıb./globalinfo.az  

Seçilən
14
referans.az

1Mənbələr