AZ

Orta məktəblərdə təhsilin keyfiyyətini necə artırmaq olar?

Bakı. Trend:

Hər il təhsilin keyfiyyətinin artırılması ilə bağlı mütləq ki,hansısa işlər görülür və görülməkdədir. Təhsil elə bir sahədir ki,bütün dövrlərdə inkişafa, yeniliyə ehtiyac var. İstər ortaməktəblərdə, istər məktəbəqədər təhsil müəssisələrində, istərsə dəuniversitetlərdə mütəmadi olaraq yeniliklər etmək vacibdir.

Bəs, orta məktəblərdə təhsilin keyfiyyətini daha dayaxşılaşdırmaq üçün nələr etmək olar?

Hansı xarici praktikaları təhsil sistemimizə tətbiqetmək daha müsbət nəticələrə gətirib çıxarar?

Mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət PedaqojiUniversitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzininrəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycandaorta məktəblərdə təhsilin keyfiyyətinin artırılması üçün kompleksyanaşma tələb olunur:

“Bunun üçün müəllimlərin peşəkarlığının artırılması, kurikulumunmüasir tələblərə uyğunlaşdırılması, infrastrukturuntəkmilləşdirilməsi, qiymətləndirmə sisteminin daha effektiv olmasıvə beynəlxalq təcrübədən yararlanaraq innovativ tədris metodlarınıntətbiqi vacibdir. Hazırda təhsilin keyfiyyəti müxtəlif problemlərləüzləşir və bu problemlərin aradan qaldırılması üçün strateji vəpraktik həll yollarına ehtiyac var.

Müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması təhsilinkeyfiyyətinin yüksəldilməsində əsas faktorlardan biridir.Müəllimlərin davamlı peşəkar inkişafı təmin edilməli, onlara müasirtədris metodları, texnologiyaların istifadəsi və psixoloji hazırlıqsahəsində əlavə təlimlər keçirilməlidir. Finlandiya və Sinqapurkimi ölkələrdə müəllimlərin davamlı təkmilləşdirilməsi dövlətsiyasətinin ayrılmaz hissəsidir. Bu ölkələrdə müəllimlər yalnıztədris edən deyil, eyni zamanda tədqiqat aparan və şagirdlərə fərdiyanaşan pedaqoqlar kimi yetişdirilir. Azərbaycanda da müəllimlərinixtisasartırma proqramları daha praktik və innovativ şəkildə təşkiledilməli, onlar üçün real iş təcrübəsinə əsaslanan təlimlərkeçirilməlidir. Eyni zamanda, müəllimlərin əməkhaqqısınınartırılması və onların sosial rifahının yaxşılaşdırılması vacibdir.Statistik göstəricilər göstərir ki, yüksək maaş alan müəllimlərtəhsilə daha ciddi yanaşır və şagirdlərin nəticələri daha yaxşıolur”.

O qeyd edib ki, Təhsil kurikulumunun müasir tələblərə uyğunyenilənməsi də vacibdir.

“Hazırkı kurikulum çox vaxt nəzəri biliklərə üstünlük verir vəpraktik bacarıqların inkişafına kifayət qədər yer ayrılmır. Halbukidünya təcrübəsində kurikulumlar əsasən analitik düşüncə, problemhəll etmə və real həyat bacarıqlarının inkişafına yönəldilir.Məsələn, Estoniya və Kanadada şagirdlərə təkcə nəzəri biliklərdeyil, həm də real problemləri həll etməyə yönəlmiş layihə əsaslıtapşırıqlar verilir. Azərbaycanda da STEAM (Science, Technology,Engineering, Art, Mathematics) təhsili genişləndirilməli,şagirdlərin praktik bacarıqları artırılmalıdır. Həmçinin, dərsmateriallarının şagirdlərin yaş səviyyəsinə uyğun olması təminedilməlidir ki, onlar öyrəndiklərini real həyatda tətbiq edəbilsinlər.

Məktəb infrastrukturu və maddi-texniki bazanıntəkmilləşdirilməsi də təhsilin keyfiyyətinin yüksəlməsində mühümrol oynayır. Məktəblər müasir laboratoriyalar, kitabxanalar vətexniki avadanlıqlarla təchiz edilməlidir. Xüsusilə bölgələrdəməktəblərin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması vacibdir.İnkişaf etmiş ölkələrdə məktəblər interaktiv lövhələr, sürətliinternet və rəqəmsal resurslarla təmin edilir. Məsələn, CənubiKoreyada bütün məktəblər rəqəmsal tədris materialları ilə təminolunub və şagirdlər dərslərini internet üzərindən də izləyəbilirlər. Azərbaycanda da məktəblərdə rəqəmsal tədrisin inkişafı,şagirdlərə onlayn təhsil imkanlarının yaradılması keyfiyyətinyüksəlməsinə ciddi töhfə verə bilər.

Qiymətləndirmə sisteminin təkmilləşdirilməsi də vacibməsələlərdən biridir. Hazırkı sistem əsasən test əsaslıqiymətləndirməyə söykənir və şagirdlərin real bacarıqlarını tamölçə bilmir. İnkişaf etmiş ölkələrdə qiymətləndirmə sistemlərişagirdlərin tənqidi düşünmə, yaradıcılıq və analitik təfəkkürbacarıqlarına əsaslanır. Məsələn, Finlandiya və Almaniyadaşagirdlərin yalnız imtahan nəticələri deyil, həm də layihətapşırıqları, sinifdəki aktivliyi və tədqiqat bacarıqlarıqiymətləndirilir. Azərbaycanda da qiymətləndirmə metodları dahainklüziv və praktik olmalı, şagirdlərin inkişafına real töhfə verənmexanizmlər yaradılmalıdır”,- deyə o əlavə edib.

K. Əsədova bildirib ki, təhsil texnologiyalarının tətbiqitəhsilin keyfiyyətini artırmaq üçün effektiv vasitələrdənbiridir:

“İnteraktiv təhsil platformaları, virtual laboratoriyalar,rəqəmsal dərs materialları təhsili daha effektiv edir. Məsələn, ABŞvə Böyük Britaniyada şagirdlər dərslərini onlayn platformalarüzərindən izləyə və müəllimlərlə interaktiv şəkildə işləyəbilirlər. Azərbaycanda da onlayn resursların artırılması,şagirdlərin dərslərə interaktiv qoşulması üçün şərait yaradılmasıvacibdir.

Məktəbdənkənar fəaliyyətlərin genişləndirilməsi də təhsilinkeyfiyyətinə müsbət təsir göstərir. Şagirdlərin yalnız dərsmaterialları ilə məhdudlaşması onların yaradıcılıq və sosialbacarıqlarını inkişaf etdirməyə mane olur. İdman, musiqi, incəsənətvə könüllülük proqramları şagirdlərin daha balanslı inkişafetməsinə kömək edir. Almaniyada tətbiq olunan “Dual Təhsil Sistemi”şagirdlərə həm məktəbdə oxumaq, həm də real iş yerlərində təcrübəkeçmək imkanı yaradır. Azərbaycanda da şagirdlərin əmək bazarınahazırlığı üçün məktəbdənkənar təcrübə proqramları təşkil edilməli,onların erkən yaşlardan müxtəlif sahələrdə bacarıqlarını inkişafetdirməsinə imkan yaradılmalıdır.

Məktəblərin idarəetmə sistemi də təhsilin keyfiyyətinə təsiredən vacib amillərdəndir. Direktorların və məktəb rəhbərliyininsəmərəli idarəçilik qabiliyyəti, məktəbdaxili nizam-intizamındüzgün təmin edilməsi, müəllimlər və valideynlərlə effektivəməkdaşlıq keyfiyyətin artırılmasına kömək edə bilər. Finlandiyadaməktəb direktorları təkcə idarəçi deyil, eyni zamanda pedaqojiliderlər kimi çıxış edir və tədrisin keyfiyyətinə birbaşa nəzarətedirlər. Azərbaycanda da məktəb rəhbərləri üçün xüsusi idarəetmətəlimləri keçirilməli və məktəblərin fəaliyyətinə nəzarətgücləndirilməlidir”.

K.Əsədov vurğulayıb ki, psixoloji və sosial dəstəyin artırılmasıda şagirdlərin daha effektiv təhsil almalarına kömək edə bilər.

“Məktəb psixoloqları və məsləhətçiləri şagirdlərin akademik vəşəxsi problemlərinin həllinə kömək etməlidirlər. ABŞ və Avropadaməktəb psixoloqları şagirdlərin təhsil prosesinə uyğunlaşması,onların motivasiyasının artırılması və psixoloji dəstəkgöstərilməsi istiqamətində fəal işləyirlər. Azərbaycanda da məktəbpsixoloqlarının fəaliyyətinin gücləndirilməsi, onların təhsilsistemində daha aktiv rol oynaması vacibdir.

Valideynlərin təhsilə inteqrasiyası da təhsilin keyfiyyətininyüksəldilməsində mühüm rol oynayır. Təhsil sistemində valideynlərinaktiv iştirakı məktəblərin daha effektiv fəaliyyət göstərməsinəkömək edə bilər. Finlandiyada valideynlər mütəmadi olaraq məktəbtədbirlərinə, müzakirələrə və təhsil qərarlarına cəlb edilirlər.Azərbaycanda da valideyn-məktəb əlaqələrinin gücləndirilməsi üçündaha çox tədbirlər həyata keçirilməlidir.

Bütün bu tədbirlərin həyata keçirilməsi Azərbaycanda orta məktəbtəhsilinin keyfiyyətini yüksəltməyə kömək edəcək. Xarici təcrübədənöyrənərək və milli təhsil sistemini gücləndirərək, daha savadlı vərəqabətqabiliyyətli gənc nəsil yetişdirmək mümkündür. Təhsilstrategiyasının əsas məqsədi şagirdlərin tənqidi düşünmə,yaradıcılıq və analitik bacarıqlarını inkişaf etdirmək olmalıdırki, onlar gələcəkdə həm cəmiyyətə, həm də iqtisadiyyata real töhfəverə bilsinlər”,- deyə o əlavə edib.

Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədriİlqar Orucov isə Trend-ə bildirib ki, son illərdə ortaməktəblərdə təhsilin keyfiyyətini artırmaq istiqamətində xeyliişlər görülüb, çoxlu idealar gerçəkləşdirilib.

“Burada təhsilin məzmununun yaxşılaşdırılması, dərslikməsələləri, təhsil infrastrukturunun yenilənməsi, müasirməktəblərin tikilməsi işləri xüsusi qeyd edilməlidir. Eyni zamandamən hesab edirəm ki, burda çox vacib addımlardan biri müəllimlərinsosial qayğıları ilə bağlıdır. Hansı ki, müəllimlərin əməkhaqqınınyüksəldilməsi istiqamətində, eyni zamanda əməkhaqqında diferensialyanaşmanın tətbiqi önəmlidir və bu istiqamətdə xeyli işlər görülübvə görülür. Müəllimlərin sertifikasiya imtahanına cəlb edilməsi buişlərdən biridir və son illərdə xeyli sayda müəllimlərimiz buimtahanlara cəlb ediliblər. Orta məktəblərdə təhsilin keyfiyyətinətəsir edən başlıca faktordan biri müəllimdir. Hansı ki, təhsilinbütün pillələrində müəllim faktoru ən üst mövqedə durur. İbtidaitəhsilin yenilənməsi, ibtidai sinif müəllimlərinə münasibət təhsilkeyfiyyətinin artırılması məsələlərində çox önəmli yer tutur.Sertifikasiya nəticələrinə uyğun olaraq yüksək nəticə qazananmüəllimlərin əməkhaqqına 30%, 10% artımların tətbiqi motivasiyaolur. Bu artımlar daha yaxşı çalışmaq, savadlı müəllimləristimullaşdırmaq məqsədi daşıyır. Artıq ayrı- ayrı fənlər üzrəmüəllimlərin sertifikasiyaya cəlb olunması təmin olunur və ardıcılolaraq bu kimi işlər görülür. Digər tərəfdən məktəb rəhbərlərininseçimi məsələsidir ki, son illərdə direktorların, direktormüavinlərinin mərkəzləşmiş imtahan sistemi üzərindən işəgötürülməsi təhsilin keyfiyyətinə təsir edən amillərdəndir”.

İlqar Orucov qeyd edib ki, Azərbaycanın təhsil sistemiBeynəlxalq təhsil sisteminə inteqrasiya olunub.

“Artıq Azərbaycan təhsili Bolonya prossesinə qoşulub. Eynizamanda məzmun dəyişiklikləri olaraq kurikulum tətbiqi, buistiqamətdə müəllimlərin bacarıq və səriştələrinin artırılmasıistiqamətində çoxsaylı təlimlər, çoxsaylı təkmilləşdirmələraparılıb. Əlbəttə ki, təhsil cəmiyyətin sosial sahəsi kimi daiminkişaf etməli, mütləq şəkildə yeniliklərə açıq olmalıdır. Mənhesab edirəm ki, bu çox önəmlidir və bu istiqamətdə işlər davamlıolmalıdır. Təhsil sahəsi elə bir fəaliyyət növüdür ki, burada qısamüddətdə irəliləyişlər, sıçrayışlar əldə etmək asan deyil.Beynəlxalq şagird qiymətləndirilməsində Azərbaycanın iştirakımövqeyimizi müəyyənləşdirməyimizə imkan verir. Biz Beynəlxalqqiymətləndirmə müsabiqələrində mütəmadi olaraq iştirak etməliyikki, yerimizi, mövqeyimizi bilək və zəif tərəflərimizi görək. Elm vəTəhsil Nazirliyi son illərdə bu istiqamətdə yaxşı işlər görür.İstedadlı şagirlərlə işin təşkili, istedadlı şagirdlərə münasibət,Beynəlxalq fənn olimpiadalarında iştirak görülən işlərə nümunədir.Son illərdə Beynəlxalq olimpiadalarda əldə edilən medal sayımızxeyli artıb. Bu istiqamətdə də yaxşı nümunələr var. Mən hesabedirəm ki, Azərbaycan xalqının ümumi intellektual səviyyəsi bizəimkan verir ki, biz bu istedadları zamanında müəyyənləşdirək. Çünkivaxtında müəyyənləşdirə bilsək uğurlarımız daha da çox olacaq. Əsasodur ki, artıq bu istiqamətdə də təməl qoyulub və bu təməl üzərindəistedadlı şagirdlərlə işin təşkili məsələsi önəmlidir. Eyni zamandaçox istərdim ki, məktəb yaşlı uşaqlarda elmə həvəsinformalaşdırılması istiqamətində işləri gücləndirək. Məktəblərdətəkcə nəzəri yox, praktiki bilik də verək. Hesab edirəm ki, buistiqamətdə davamlı olaraq işlər görülməlidir. STEAM mərkəzlərinyaradılması, STEAM mərkəzlərində şagirdlərə müasir yanaşmalarınöyrədilməsi, şagirdlərdə yaradıcılıq bacarıqlarının artırılmasıüçün işlərin görülməsi vacib məqamlardandı. Orta məktəbdə təhsilinkeyfiyyətini artırmaq istəyiriksə, mütləq şəkildə ibtidai təhsilin,məktəbəqədər təhsilin inkişafını sürətləndirməliyik. Baza təhsiliolaraq məktəbəqədər və ibtidai təhsil çox mühümdür. Ona görə dəməktəbyaşlı uşaqlarımızda təhsilə maraq oyatmaq və onların bünövrətəhsilini gücləndirmək istiqamətində işləri davamlı şəkildəgörməliyik”,- deyə o əlavə edib.

Seçilən
15
2
az.trend.az

3Mənbələr