Bu gün "Gənclərbirliyi" klubunun baş direktoru Əli Əkbər Düzgün akademiyanın oyunçusu Baran Yıldızın İngiltərənin "Nyukasl Yunayted" komandasına transfer olunduğunu bildirib.
Offsideplus.az xəbər verir ki, baş direktor açıqlamasında Baranın gələcəyin dünya səviyyəli ulduz futbolçu olacağını bildirmişdi. 18 yaşlı mərkəz oyunçusunun gələcəyi parlaq görünür. "Nyukasl"a transfer olan 18 yaşlı Baran Ankara şəhərində anadan olub. Futbola "Gənclərbirliyi" komandasında başlayıb. Gənc futbolçu, gələcək vəd edən futbolçu kimi görülür.
Qeyd edək ki, İngiltərə təmsilçisinə keçən futbolçunun "Nyukasl Yunayted"lə uzunmüddətli müqvilə imzaladığı bildirilir.