AZ

Hindistan Rusiyadan gəmi əleyhinə qanadlı raketlər ALIR

Hindistan Rusiya ilə gəmi əleyhinə qanadlı raketlərin alınması üçün müqavilə imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. 
"Müdafiə Nazirliyi bu gün Nyu-Dehlidə müdafiə nazirinin müavini Rajeş Kumar Sinqhin iştirakı ilə gəmi əleyhinə qanadlı raketlərin alınması üçün Rusiya ilə müqavilə imzalayıb", - deyə bildirilib.
Nazirlik qeyd edib ki, bu raketlər üzrə müqavilə Hindistan Hərbi Dəniz Qüvvələrinin sualtı donanmasının döyüş qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
Hindistan Müdafiə Nazirliyi raketlərin adını açıqlamayıb.

Seçilən
2
unikal.az

1Mənbələr