“Qərb Kiyevi NATO-ya qəbul etmirsə, Ukraynaya nüvə silahı verməli və öz kontingentini bu ölkəyə göndərməlidir”.
“Qafqazinfo” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı jurnalist Pirs Morqana müsahibəsində deyib.
Ukrayna lideri deyib ki, Rusiyanın Qərbə hücum etməməsi üçün nüvə silahına və ya NATO üzvlüyünə ehtiyacı var və Kiyev NATO-ya üzv qəbul olunmasa, yenidən nüvə dövləti olmağa hazırdır.
“Qoy bizə nüvə silahı versinlər. Rusiyanı dayandıra biləcəyimiz miqdarda raketləri bizə verəcəklərmi? Mən buna əmin deyiləm, amma bunun kömək edəcəyini düşünürəm. Əgər bu proses bizə görə deyil, tərəfdaşlarımıza görə illərlə və ya onilliklərlə uzanarsa, o zaman bizim tamamilə ədalətli sualımız var: “Bu yol boyu bizi bu şərdən nə qoruyacaq? Bütün bu yolda?” ”, - deyə Volodimir Zelenski qeyd edib.