Məlum olduğu kimi, Misli premyer-liqasında növbəti mövsümdən legioner limiti tətbiqolunmayacaq.
Bu o deməkdi ki, komandalar meydana 11 legioner futbolçuyla çıxa bilər. Belədə ağla yerli futbolçuların sonrakı taleyi gəlir. Elita klubları onların xidmətindən yararlanmaqda maraqlı olacaqmı?
Təbii ki, bu məsələdə prinsipial məqam azərbaycanlı oyunçuların klublarıyla müqaviləsinin müddətidi. Böyük ehtimalla, yüksək pillələr uğrunda mübarizə aparan komandalar yerliləri onlardan azı bir baş üstün legionerlərlə əvəzləyəcəklər. Təbii ki, bu ehtimalı müqavilə müddəti cari mövsümün sonunda bitəcək futbolçulara aid edə bilərik. Bəs, klubla anlaşmasının azı növbəti mövsümə qədər keçərli olan futbolçuların taleyi necə olacaq?
Söhbət adını aşağıdakı siyahıda qeyd etdiyimiz 42 oyunçudan gedir. Maraqlıdı ki, bu mənada ən çox oyunçuya sahib olan klub “Zirə”di. Görünür, Rəşad Sadıqov uğura gedən yolda daha çox yerli futbolçuların xidmətindən faydalanmaq niyyətindədi. Bəs, qalanları? Hər şeyi zaman göstərəcək. İndi görünən odu ki, növbəti mövsüm premyer-liqada çıxış edən yerli oyunçuların sayı xeyli azalacaq.
Qeyd edək ki, siyahıda adı göstərilməyən yerli oyunçuların müqaviləsinin müddəti cari mövsümün sonuna qədərdi.
Qarabağ
Toral Bayramov, 2026 iyun
Bəhlul Mustafazadə, 2027 iyun
Elvin Cəfərquliyev, 2026 iyun
Aleksey İsayev, 2027 iyun
Nəriman Axundzadə, 2028 iyun
Musa Qurbanlı, 2027 iyun
Zirə
Aydın Bayramov, 2026 iyun
Elçin Əlicanov, 2026 iyun
Fuad Bayramov, 2027 iyun
Qismət Alıyev, 2026 iyun
Eldar Quliyev, 2026 iyun
Ceyhun Nuriyev, 2026 iyun
İldar Ələkbərov, 2026 iyun
Turan Tovuz
Rüfət Əhmədov, 2026 iyun
Fərid Yusifli, 2027 iyun
Xəyal Nəcəfov, 2026 iyun
Veysəl Rzayev, 2026 iyun
Tural Bayramlı, 2026 iyun
Rəhim Sadıxov, 2027 iyun
Orxan Əliyev, 2026 iyun
Sabah
Yusif İmanov, 2026 iyun
Nicat Mehbaliyev, 2026 iyun
Ayaz Quliyev, 2026 iyun
Abdulax Xaybulayev, 2025 dekabr
Sumqayıt
Mehdi Cənnətov, 2026 iyun
Ayxan Süleymanlı, 2027 iyun
Səbuhi Abdullazadə, 2026 iyun
Kamran Quliyev, 2026 iyun
Neftçi
Rza Cəfərov, 2027 iyun
Elvin Camalov, 2026 iyun
Emil Səfərov, 2027 iyun
Ramil Şeydayev, 2027 iyun
Kəpəz
Ümid Səmədov, 2027 iyun
Cavad Kərimov, 2027 iyun
Şamaxı
Arsen Ağcabeyov, 2026 iyun
Rüfət Abbasov, 2026 iyun
Vüsal Məsimov, 2026 iyun
Səbayıl Bağırov, 2026 iyun
Edqar Adilxanov, 2027 iyun
Murad Vəliyev, 2026 iyun
Səbail
Hüseynəli Quliyev, 2026 iyun
Rüfət Abdullazadə, 2026 iyun
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta