İsveçin Orebro şəhərində böyüklər üçün təhsil mərkəzində atışma baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Associated Pres” İsveç polisinə istinadən məlumat yayıb.
Məlumata görə, atışma nəticəsində azı 10 nəfər ölüb.
Həlak olanlar arasında atəş açan şəxsin olub-olmadığı məlum deyil.
Hücumun motivi hələlik polis tərəfindən müəyyən edilməyib.