ABŞ Prezidenti Donald Tramp Ukraynadakı münaqişənin həlli ilə bağlı “çox yaxşı danışıqların” olduğunu deyib.
Teleqraf.com xəbər verir ki, bu barədə o, Ağ Evdə jurnalistlərə bildirib .
O qeyd edib: “Düşünürəm ki, çox yaxşı söhbətlərimiz olub. Biz Rusiya və Ukrayna kontekstində çox gərgin işləyirik”.
ABŞ Prezidenti bu barədə ətraflı məlumat verməyib.
Müəllif: Teleqraf.com