AZ

Yens Stoltenberq Norveçin maliyyə naziri təyin olunub

NATO-nun keçmiş Baş katibi Yens Stoltenberq Norveçin Baş naziri Yonas Qar Störenin yeni hökumətində maliyyə naziri vəzifəsinə təyin olunub.

AZƏRTAC xəbər verir ki, onun bu təyinatı gözlənilməz olub və Mərkəzi Partiyanın hakim koalisiyadan ayrılması nəticəsində yaranan siyasi böhran fonunda baş verib.

Bu vəziyyət Avropa İttifaqının qəbul etdiyi 4-cü enerji paketi ilə bağlı yaranan fikir ayrılıqları səbəbindən baş verib. Nəticədə maliyyə naziri Trüqve Slaqsvold Vedum, müdafiə naziri Byörn Aril Qram və ədliyyə naziri Emili Enqer Mel də daxil olmaqla əsas nazirlər istefa veriblər.

Yonas Qar Störe təcili olaraq yeni hökuməti formalaşdırıb. Əsas dəyişikliklərdən biri Tore Onşus Sandvikin müdafiə naziri vəzifəsinə təyin olunmasıdır.

Beləliklə, İşçi Partiyası azlıq hökumət statusunda hakimiyyətdə qalır. Bu isə onun mövqeyini zəiflədir və qərarların qəbul edilməsi prosesini çətinləşdirir.
Seçilən
5
5
sherg.az

6Mənbələr