AZ

Vaşinqtonda təyyarə qəzasında ölənlərin hamısının cəsədləri tapılaraq sudan çıxarılıb

Bakı, 5 fevral, AZƏRTAC

Dalğıclar Vaşinqtonda təyyarə və helikopterin toqquşması nəticəsində həlak olan 67 nəfərin hamısının cəsədlərini taparaq sudan çıxara biliblər.

AZƏRTAC xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Daha əvvəl Potomak çayından 55 nəfərin cəsədinin çıxarıldığı bildirilmişdi.

Qalan cəsədlər Potomak çayının dibindən təyyarənin quyruq və burun hissələri çıxarılarkən aşkar edilib.

Seçilən
5
3
azertag.az

4Mənbələr