Bakı. Trend:
İspaniya hökuməti ifrat solçu Sumar partiyasının maaşlaratoxunmadan iş həftəsinin 40 saatdan 37,5 saata endirilməsi təklifiilə razılaşıb.
Trend xəbər verirki, bu barədə “Reuters” məlumat yayıb.
Həftəlik hökumət iclasında qəbul edilən qərar Sumar partiyasınınlideri, baş nazirin müavini və əmək naziri Yolanda Diazınimzaladığı fərmanla təsdiqlənib.
Diaz jurnalistlərə açıqlamasında bildirib: “Bu təklif daha yaxşıyaşamaq, daha az işləmək və daha məhsuldar və iqtisadi cəhətdənsəmərəli olmaq məqsədi daşıyır.”
Qərarın qüvvəyə minməsi üçün hələ də İspaniya parlamentinintəsdiqi tələb olunur. Qeyd edək ki, sosialist baş nazir PedroSançesin rəhbərlik etdiyi hökumət parlamentdə aydın çoxluğa malikdeyil və bir neçə kiçik partiyanın xüsusi dəstəyinə ehtiyacduyur.