AZ

Ən bahalı villasını borca görə SATIR - FOTO

Almaniyada Rusiya Federasiyasının ən varlı adamlarından biri, sanksiyaya məruz qalan oliqarx Əlişir Usmanovun villası borclarına görə satışa çıxarılıb.

Demokratikmusavat.com bildirir ki, Almaniyanın "Merkur" nəşri xəbər verir ki, söhbət Bavariyada Tegernsee gölünün sahilindəki Usmanov malikanəsindən gedir.

Bu villa Almaniyanın ən bahalı daşınmaz əmlakıdır, 25 milyon avro dəyərində qiymətləndirilir.

Usmanov bu villadan 2011-ci ildən 28 fevral 2022-ci ilə qədər "yay iqamətgahı" kimi istifadə edib. O vaxtdan sonra Avropa İttifaqının sanksiyalarına məruz qalıb və Almaniyadan qaçmağa məcbur olub.

Villa 2011-ci ildə oliqarxla əlaqəsi olan Men adasından "Tegernsee Limited" ofşor şirkəti tərəfindən 7,8 milyon avroya alınıb. Usmanov özü villanın ona məxsus olmadığını, onu həftədə 77 min avroya kirayələdiyini iddia edib.

Almaniyada Usmanov vergidən yayınmaya görə, təhqiq edilir. Usmanovun villa ilə əlaqəsini inkar etməsi səbəbilə onun saxlanması üçün borclar yığılıb və onlar həbs edilmiş əmlakı satmaq qərarına gəliblər.

Villanın sahəsi 735 kvadratmetrdir. Köşkdə dörd yataq otağı və yuxarı iki mərtəbədə hamam var. Villada həmçinin sauna və hovuz da var.

Qeyd edək ki, 2024-cü ilin oktyabrında Ukrayna məhkəməsi nəhayət milyarder Usmanovun dəmir filizi məhsulları və İT şirkətinin nizamnamə kapitalı da daxil olmaqla 2 milyard UAH-dan çox əmlakını müsadirə edib. Bu qərar qanuni qüvvəyə minib və şikayət verilə bilməz.

Xatırladaq ki, Əlişir Usmanov sanksiyalar altındadır və Aİ hesablarından istifadə edə bilməz. Eyni zamanda, Usmanov ən zəngin ruslardan biridir və Rusiya hakimiyyəti ilə geniş əlaqələrə malikdir. Usmanova Kremlin maliyyə axınlarını idarə etmək həvalə olunub; onu Rusiya prezidenti Vladimir Putinin "etibarlı vasitəçisi" də adlandırırlar. (Lent.az)

496730

 

Kriptovalyuta bazarında vəziyyət kəskin dəyişdi

Nazirlikdən qərar: Muay-tay Azərbaycan Kikboksinq Federasiyasının tərkibinə daxil edildi

Əfsanəvi Lionel Messi və komanda yoldaşları Bakıya gəlirlər

"Bilgəh" sanatoriyasının baş həkimi ambulator arayışı niyə qanunsuz sayır?

Ceyhun Bayramov İrana işgüzar səfərə yola düşüb

Ata məktəbli qızını paltarına görə döyüb pəncərədən atdı

Kənddə yaşayan əhali üçün hansı dövlət proqramları olmalıdır? - ŞƏRH

Diplom tanınmasına dair 9 nəfərə verilmiş şəhadətnamə ləğv olundu

Vəkillər Kollegiyası Qarabağ qazisinin ittihamı və iddiası qarşısında

SOCAR Slovakiyaya təbii qaz tədarükünə başlayıb

Seçilən
14
5
Demokratikmusavat.com

9Mənbələr