AZ

Qətər Livan hökumətinə elektrik enerjisinin təmin edilməsi məsələsində kömək edəcək

Bakı. Trend:

Qətər hökumətinin başçısı, xarici işlər naziri Məhəmməd binƏbdülrəhman Al Tani Livan Prezidenti Cozef Aunla aparılandanışıqlar zamanı Livan əhalisinin elektrik enerjisi ilə təminedilməsi probleminin həllinə kömək etmək məqsədilə ölkəyə qaztədarük etməyi planlaşdırdıqlarını açıqlayıb.

Trend-in XİN-inmətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Məhəmməd binƏbdülrəhman Al Tani bildirib ki, Qətər Livanın enerjiehtiyaclarının qarşılanması və elektrik enerjisinin istehsalı üçünlazım olan qazın tədarükü sahəsində dəstək verməyə davamedəcək.

Beyrutda keçirilən danışıqların yekunları barədə mətbuatkonfransında Al Tani həmçinin qeyd edib ki, Qətər Livanın yenidənqurulmasında iştirak edəcək və ölkənin ordusuna dəstək verməyədavam edəcək.

Prezident Aun isə Qətərin milli neft-qaz şirkəti "QatarEnergy"niFransanın "TotalEnergies" və İtaliyanın "Eni" şirkətləri iləbirlikdə Livanın müstəsna iqtisadi zonasında kəşfiyyat işlərinibərpa etməyə çağırıb. Bu işlər 2023-cü ildə Yaxın Şərqdəgərginliyin artması səbəbindən dayandırılmışdı.

Seçilən
26
az.trend.az

1Mənbələr